Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:09

Bakı polisi gücləndirilmiş iş rejiminə keçib


Bakıdakı qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın yol polisi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

O bildirib ki, belə hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir.

Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Bu gündən ölkə ərazisində havanın temperaturu kəskin enib, Bakıda qar yağır.

Günün bütün mövzuları

XS
SM
MD
LG