Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:44

Azərbaycanın bir sıra rayonlarına qar yağır


Yanvarın 9-u axşam saatlarından etibarən Azərbaycanın bir sıra rayonlarına qar yağır.

«Azəryolservis» ASC-dən Lent.az-a bildirilib ki, Bakı-Qazax magistralının Gəncə-Qazax hissəsinə 5-10, Gəncə-Daşkəsən yoluna 20, Şəmkir Gədəbəy yoluna isə 20-25 santimetr qar düşüb. Həmin yollar cəmiyyətin texnikalarının köməyi ilə gecə saatlarından mühafizəyə götürülüb və yolun bağlanmasına, hərəkətin çətinləşməsinə səbəb ola biləcək hal yaranmayıb.

Bundan başqa Ələt-Astara, Bakı-Rusiya sərhədi, Şamaxı-İsmayıllı yolları da açıqdır. Həmin yollarda lazımı qədər texnika və digər materiallar toplanıb.

«Azəryolservis ASC» sürücülərdən nəqliyyat vasitələrinə qış iqlim normalarına uyğun vəziyyətə gətirmələrini xahiş edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG