Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Dünyanın ən gözəl metroları


-

Bu il dünyada metronun yaranmasının 150 illiyi qeyd edilir. Dünyanın ən böyük, yaxud rahat metroları haqda aşağıda oxuyun.

Honq Konq metrosu

dünyanın ən rahat və gözəl metro sistemlərindəndir.

150 stansiyası var, qatarlar günə 3,4 milyon sərnişin daşıyır. Şəhərin mərkəzindən tutmuş şəhər kənarındakı kəndlərə qədər meqapolisin demək olar ki bütün hissələrini birləşdirir.

Gediş haqqı ucuzdur, 42 stansiyada pulsuz olaraq İnternetə girmək olar - Wi-Fi ilə. Metro stansiyalarında bank bölmələri, ayaqüstü yemək üçün kafelər, dükanlar var.

On dəqiqədən bir aeroporta ekspres qatar çıxır. Avtomatlardan bilet almaq çox asandır.

“Octopus” adlanan universal ödəniş kartından metroda olduğu kimi adi dükanlarda, restoranlarda da istifadə etmək olar.

Amma pik saatlarında bəzi stansiyalarında basabas olur

Honq Konq metrosunun aeroporta gedən ekspres qatarı
Honq Konq metrosunun aeroporta gedən ekspres qatarı


Seul metrosunu

üç müxtəlif şirkət idarə edir. Onlardan ikisi dövlətdən maliyyələşir. Metro hər gün təxminən 7 milyon adama xidmət göstərir. Qatarlarda televizor da var. Vaqonlar qışda isidilir, yayda isə kondisioner işləyir.

Çatışmayan cəhəti isə odur ki, nisbətən tez bağlanır – gecəyarısına yaxın. Şəhərin gur gecə həyatı olsa da.

Sinqapur metrosundakı

hava dünyada ən təmiz hesab oluna bilər. Kondisioner işləyir, bəzi sakinlər metro stansiyalarına qatara minmək üçün girmirlər, sadəcə, şəhərdə dözülməz istilər olanda stansiyalarda sığınacaq tapırlar.

Amma bilet almaq üçün növbələr olur.

London metrosu

dünyada ən qədim metro sistemidir.

İlk stansiyası 1863-cü ildə açılıb və bu il dünyada metronun 150 illiyinin qeyd edilməsi məhz bu tarixlə bağlıdır.

Amma bu 150 ildə dünyanın ən qədim metrosunda elə çox inkişaf olmayıb. Yalnız indi London metrosu 20 illik yenidənqurma prosesi keçməkdədir və kondisionerləri olan vaqonlar bu yaxınlarda xəttə buraxılıb.

London çox bahalı şəhərdir, ona görə də gediş haqqı nisbətən ucuz olan metroya tələbat böyükdür.

Paris metrosu

dünyada ən böyüklərdəndir. 14 xətt, 245 stansiyası var. Yəqin buna görə, parislilər küçədə gəzməyi elə də çox xoşlamır, hər yerə metro gedir.

Yeganə çatışmayan cəhət kimi qapıların avtomatik yox, qatar dayanandan sonra əllə açılmasıdır. Bu baxımdan metronun bir qədər modernləşməyə ehtiyacı var.

Paris metrosu, Chatelet stansiyası
Paris metrosu, Chatelet stansiyası


Madriddə metro

bundan da çox inkişaf edib. Şəhərin cəmi 6,5 milyon əhalisi var, amma metro stansiyalarının sayı 400-ə yaxındır. Stansiyalar çox böyükdür. Orada ictimai tədbirlər də keçirmək olur. Bir stansiyada isə 200 kv. metrlik arxeoloji muzey var.

Metro stansiyalarındakı eskalatorların ümumi sayı 1600-dən çoxdur. Bu baxımdan Madrid metrosu dünyada birincidir.

Madrid metrosunda xətlərarası keçid
Madrid metrosunda xətlərarası keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG