Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

İraqın baş naziri ölkədə keçirilən etiraz aksiyalarını xaos adlandırıb


 Nuri al-Maliki

Nuri al-Maliki

İraqın baş naziri Nouri al Maliki ölkədə keçirilən etiraz aksiyalarını pisləyib və bunun ölkədə xaos yaratdığını bəyan edib.

Sünnilər artıq 2 həftədir ki, paytaxt Bağdad və ölkənin digər əyalətlərində hökumət əleyhinə nümayişlər keçirirlər.
Onlar əsasən məhbusların azad edilməsi və bu sahədə islahatlar aparılmasını tələb edirlər.

Baş nazir aksiyaçıların tələblərini araşdırmaq üçün xüsusi komitə yaradıldığını bildirib, eyni zamanda qeyd edib ki, təhlükəsizlik qüvvələri lazım gəlsə işə qarşa bilər.

Sünnilər şiə baş nazir Maliki hökumətini onlara qarşı ayrı-seçkilikdə günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG