Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:08
-
Orhan Pamuk-un «Sessiz Ev» (The Silent House) romanı «Asiya Bukeri» adlandırılan «The Man Asian Literary Prize»ə namizəd olub.

Xəbəri «The Guardian» yayıb.

İlk dəfə 2012-ci ildə ingiliscəyə çevrilən «The Silent House» romanı mükafatın şort-listinə daxil edilib.

Mükafatın rəsmi saytı şort-listə 15 yazıçı arasından 5 yazıçının düşdüyünü bildirib.

Şort listə Pamuk-dan başqa bu yazıçılar düşüb :

Tan Twan Eng (Malaziya)
Djuma Tayl (Hindistan)
Kavakami Xiromi (Yaponiya)
Musharraf Ali Farooqi (Pakistan)

Pamuk «Sessiz ev» romanını 1983-cü ildə yazıb.

Romandakı hadisələr Türkiyədə, 1980-ci ilin yayında dövlət çevrilişi ərəfəsində baş verir.

Pamuk bir ailənin timsalında türk xalqının ötən əsrdəki yaşamının təsvirini verib.

Roman Azərbaycan dilinə hələ tərcümə olunmayıb.

2007-ci ildə rus dilinə («Dom tişinı») çevrilib.

Romanı ingilis dilinə Robert Finn çevirib.

2012-ci ildə «The Man Asian Literary Prize»ə 108 ərizə verilib.

Mükafatın sahibinin kimliyi martın 14-də açıqlanacaq.

Həmin yazıçı 30 min dollar alacaq. Tərcüməçiyə 5 min dollar veriləcək.

«The Man Asian Literary Prize» əsərləri ingilis dilində yazılan və ya ingilis dilinə çevrilən Asiya ölkələri yazıçılarına verilir.

Mükafat 2007-ci ildə təsis edilib.

Bu mükafatın ilk sahibi çinli yazıçı Tszyu Ronq olub.

Yaradılışından bu ilə qədər mükafatı «Man Group» maliyyələşdirib.

Bu kompaniya Britaniyanın nüfuzlu «Buker» mükafatının da əsas sponsorudur.

Ötən ilin oktyabrında «Man Group» mükafatı maliyyələşdirməkdən imtina etdiyini açıqladı və yaradıcılar yeni sponsor axtarışına çıxdı.

Odur ki, bu ildən mükafat «Asian Literary Prize» adlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG