Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Suriya üsyançıları 48 iranlı girovu azad edib


Suriya üsyançıları hakimiyyətin 2013 məhbusu azad etməsi əvəzində 48 İran vətəndaşını girovluqdan azad edib.

Bu barədə İran mətbuatı məlumat yayıb.
Onları ötən ilin avqustunda girov götürmüşdü.

Türkiyə mətbuatının yazdığına görə, bu Qətər və Türkiyənin vasitəçiliyi ilə baş tutub.
Məlumatlara görə azad edilənlər arasında bir neçə Türkiyə vətəndaşı da var.

Suriya üsyançıları bundan əvvəl girov götürdükləri İran vətəndaşlarının İran İslam İnqilab Qvardiyasının üzvləri olduğunu bəyan etmişdilər.
Amma bunu inkar edən Tehran onların zəvvar olduqlarını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG