Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

Qlobal Tələbə Mübadilə Proqramına müraciət davam edir


Azər Rüstəmli, Səbinə Kələşova və Turan Cəfərova

Azər Rüstəmli, Səbinə Kələşova və Turan Cəfərova

-
Amerika Birləşmiş Ştatlarında bir il pulsuz təhsil almaq. İstəyərsiz? Yanvarın 14-ə kimi müraciət imkanınız var.

IREX təşkilatının təhsil proqramları üzrə eksperti Turan Cəfərova deyir ki, Global UGRAD, yaxud Qlobal Tələbə Mübadilə Proqramı universitetlərdə təhsil alan I, II, III kurs tələbələrinə Amerikada bir il pulsuz təhsil almaq imkanı yaradır. Layihəyə müraciətlər dekabrın ortalarından qəbul olunur. Müraciət üçün son tarix isə yanvarın 14-dür:

«Proqrama tələbələr açıq müsabiqə yolu ilə seçilirlər. Birinci turda müraciətçilər ərizə formasını doldururlar. Bu ərizə formasını bizim saytımızdan əldə edə bilərlər. Birinci turdan keçənlər ikinci tura çağırılırlar, bu turda isə müsahibə olur. III tur isə ingilis dili səviyyəsinin öyrənilməsidir. Bu turda təşkilat öz hesabına TOEFL imtahanı keçirir».

Turan Cəfərova deyir ki, Qlobal Tələbə Mübadiləsi Proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır. Proqram ərzində seçilmiş tələbələr bir akademik il ərzində dərslərdə iştirak edəcəklər. Birinci semestr ərzində ən azı 20 saat vaxtlarını yaşadıqları şəhərin icma işlərinə sərf edəcəklər, ikinci semestrdə isə təcrübə keçəcəklər.

Proqramın artıq iştirakçısı olmuş Azər Rüstəmli deyir ki, o, 2011-2012-ci ildəki proqram üçün müraciət edib və Minnesota ştatında oxumaq üçün şans qazanıb:

«Qərar verdim ki, müraciət edim, çünki bu imkanı əldən vermək olmazdı. Mən orada biznesin idarə olunması üzrə təhsil aldım. Amerika təhsil sistemini bir il də olsa görmək bir ömür kifayət edəcək bir şeydir. Oturuşmuş və keyfiyyətli təhsil sistemi ilə təhsil almaq dünyagörüşümü artırdı. Biz orda könüllü kimi də çalışdıq, bir insanın niyə pulsuz işləyib insanlara kömək etməsini daha aydın gördüm».

Səbinə Kələşova isə təhsillə yanaşı, mədəni münasibətləri də bəyənib:

«Amerikada insan təkcə amerikalılarla deyil, müxtəlif ölkələrdən gələnlərlə ünsiyyət qurur, dünyagörüşü artır, gələcəkdə quracağın karyeraya da kömək edir. Mən də Azərlə eyni ştatda idim. Mənim ixtisasım isə beynəlxalq münasibətlər idi».

Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG