Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:45

Hindistan Pakistanı təxribatçılıqda günahlandırır


Hindistan Kəşmirdə 2 əsgərinin Pakistan ordusu tərəfindən öldürülməsini kəskin ittiham edib.

Hindistanın xarici işlər naziri Salman Khurshid bu insidentin ciddi narahatçılıq doğurduğunu bildirib.
O ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş səylərin davam etdirilmıəsinin vacibliyini qeyd edib.

Hindistanın müdafiə naziri Antony cəsədlərdən birinin pis vəziyyətə salındığını deyir.

Amma Pakistan ordusu bu məsələdə əli olmadığını və Hindistanın bu addımının təbliğat olduğunu bəyan edib.
Pakistan hərbçiləri hesab edir ki, məqsəd diqqəti ötən bazar Pakistan ordusunun mövqeinə edilmiş hücumdan yayındırmaqdır.

Kəşmirə görə indiyədək Hindistanla Pakistan arasında 3 müharibə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG