Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:59

«Gülərqeyt» qurbanları… [Video]


Elşad Abdullayevin yaydığı videolara görə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmiş Arzu Kazımovun vəkili Ramiz Zeynalov, həmin videolarda vasitəçi kimi görünən və Türkiyədə vəfat etmiş Sevinc Babayevanın oğlu Ayxan Məmmədov və hüquqşünas Elçin Namazov qurbanlar haqda danışırlar.

-

Elçin Namazov:

«Bir çox sübutlar ortadadır. Bizim gördüyümüz tərəflər var. Gördüyümüz tərəflər videomateriallardır. Həmin videomateriallarda Elşad Abdullayev konkret olaraq Arzu Kazımovun oğlu ilə telefonla danışır. O deyir ki, sənin qardaşını bu dəqiqə gətirirəm. İndi demək ki, Elşad Abdullayev qardaşının oğurlanmadığını və ya öldüyünü bilir - bunlar videomateriallarda tamamilə təkzib olunur. Həmin videomateriallar əsasında Gülər Əhmədovaya qarşı dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Yəni, həmin videomateriallara prokurorluq tərəfindən sübut kimi yanaşılıb. Yanaşılıbsa, həmin videomateriallarda adı keçən digər şəxslər barədə niyə araşdırma aparılmır? Ramiz Mehdiyevin adı burda çəkilirsə, niyə bununla bağlı araşdırma aparılmır? Sanki bir çox məsələlər bilərəkdən diqqətdən kənarda saxlanılır. Videomateriallara görə Gülər Əhmədovaya cinayət işi başlanılırsa, elə həmin videomaterialla müəyyən olunmalıdır ki, Gülər Əhmədova həmin pulu aparıb Ramiz Mehdiyevə verib. Bu barədə də, heç olmasa, araşdırma aparılmalıdır. Araşdırma aparsınlar, qərar versinlər ki, Ramiz Mehdiyevin burda iştirakı müəyyən olunmadı. Ümumiyyətlə, elə bil, bu cinayət işi ilə əlaqədar Ramiz Mehdiyevin adını çəkməyə cəsarət etmirlər. Bəlkə elə istintaqa rəhbərlik edən də qeyri-rəsmi Ramiz Mehdiyevdir».

Ramiz Zeynalov:

«Cinayət prosessual qanunvericiliyinə görə, qanunsuz metodla əldə olunan sübut sübut kimi qiymətləndirilə bilməz. İkincisi, Elşad Abdullayevin Ramiz Mehdiyev haqda yaydığı bütün məlumatların hamısı yalandır. Guya Gülər Əhmədova deyir ki, pulu Ramiz Mehdiyevə vermişəm. Elə bir sübut yoxdur. Gülər Əhmədova heç bir yerdə bir dəfə də olsun pulun kimə verilməsi barədə məlumat verməyib. Məhz buna görə də istintaq orqanı onun haqqında dələduzluq maddəsi ilə cinayət işi qaldırıb. Gülər Əhmədova ifadə və ya məlumat versəydi ki, bu pulu mən alıb Ramiz Mehdiyevə vermişəm, onda sizin dediyiniz doğru olardı».

Ayxan Məmmədov:

«Mənim anamı ona görə öldürdülər ki, gəlib məhkəmədə şahid kimi Gülərin, Ramizin üzünə durmasın. Mənim üçün nə qədər ağır olsa da, təsdiq edirəm ki, mənim anam vəfat edib və onu öldürüblər. Mənim anam əvvəlcə bilməyib ki, orada dələduzluq məsələsi olacaq. Hamıya aydındır ki, Azərbaycanda hamı iş görür. Kimsə deyirsə ki, mən pul almıram, rüşvət almıram, yalandır. Sadəcə Elşad müəllim millət vəkili olmaq istəyib, mənim anam da vasitəçilik edib. Pulu verib Gülərə, Gülərlə ikisi pulu aparıb veriblər Ramiz Mehdiyevə. Pulu Ramiz Mehdiyev Gülərlə bir yerdə yeyib. Sonra da ki, mənim anamın nə Gülər qədər pulu olub, nə də adamı. Anam qalıb qıraqda. Ramiz Mehdiyev durub Gülər Əhmədovanın arxasında. Mənim də anamı öldürdülər».

Şərhləri göstər

XS
SM
MD
LG