Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

YAP-dan İsa Qəmbər meyxanasına münasibət



«Biz siyasətlə məşğuluq. Qarşımızdakı şəxsi də siyasətçi kimi görmək istəyirik. Hesab edirəm ki, meyxana ustaları İsa Qəmbərə qoşulan meyxanaya qiymət verə bilərlər. Onların meyxanaları da, hay-küyləri də mənasızdır. Məğlubiyyət onların alnına yazılıb».

Bu fikirləri Modern.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Müsavat başqanı İsa Qəmbərlə bağlı sosial şəbəkələrdə yayılan meyxanaya münasibət bildirərkən deyib.

YAP rəsmisinə görə, Müsavat başqanı seçkilərə meyxana ilə getməklə öz bəsitliyini nümayiş etdirir.

«İsa Qəmbərin namizədliyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. O, bizim üçün zəif namizədlərdən biridir. Sözsüz ki, seçkilərdə də məğlub olacaq. Artıq bilmirlər nə edirlər. İstəyirlər meyxana desinlər, istəyirlər çastuşka oxusunlar. Görünür onlar da öz kampaniyalarını meyxana ilə aparırlar. Siyasətdə yer tapa bilmədikləri üçün meyxana ilə populyarlaşmaq istəyirlər. Biz siyasətlə məşğuluq. Qarşımızdakı şəxsi də siyasətçi kimi görmək istəyirik. Hesab edirəm ki, meyxana ustaları İsa Qəmbərə qoşulan meyxanaya qiymət verə bilərlər. Onların meyxanaları da, hay-küyləri də mənasızdır. Məğlubiyyət onların alnına yazılıb».

Müsavat başqanı İsa Qəmbərin yanvarın 7-də Azadlıq Radiosunun «İşdən sonra» verilişindəki müsahibəsindən sonra Faceboook sosial şəbəkəsində yazar Günel Mövludun açdığı «Azadlıq-da Xədicə göynən gedir, İsa Qəmbər seçkiyə nəynən gedir?» qafiyəsinə bir çox şəxslər, jurnalistlər qafiyə deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG