Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:45

Siyasətçinin meyxana deyişməsi


-


«Azadlıqda Xədicə göynən gedir:
«İsa Qəmbər seçkiyə nəynən gedir».


Facebookda təklif edilən bu qafiyə sosial şəbəkədə tufan qoparıb. Hər kəs öz yaradıcılığının nümayişinə tələsir.

İctimai-siyasi proseslərin şərh dili dəyişirmi? Siyasətçilər meyxana yaradıcılığına hazırdırlarmı?

Azadlıq FM-də Anar Nağılbaz, gənc fəal İlkin Qəmbər və qafiyə müəllifi Günel Mövlud bu mövzunu müzakirə edib.

İsa Qəmbərin oğlu İlkin Qəmbər: Məncə İsa Qəmbərin mənim müdafiəmə ehtiyacı yoxdur. Bizim evdə ailənin hər üzvünün Facebook hesabı olduğu üçün, danışıqlar interaktiv şəkildə gedir. Və hər hansı reaksiyalar da interaktiv şəkildə olur: Like-larla, yeni postlarla, share-lərlə... Verlişin əsas mövzusuna gəldikdə isə, demək istəyirəm ki, meyxana janr kimi mənə maraqlı deyil. Amma yada salaq ki, 70-80-ci illərdə meyxanalarda ezop dilindən istifadə etməklə siyasi probelmlərdən danışırılırdı. Bunu yada salandan sonra anladım ki, burda bir mədəniyyət, bir keçmiş var...

Günel Mövlud: Belə bir rezonans yaradacağını düşünmürdüm. Mən İsa Qəmbərin çıxışından sonra qafiyə yazdım. Sonra xeyli ictimai xadimlər qoşuldu... Mən əslində gözləmirdim İsa Qəmbər gənclərin qafiyə yazışmasına qoşulsun. Amma İsa Qəmbər də qoşuldu... Bu siyasi zarafat idi. Burada heç bir başqa məqsəd olmayıb.

Anar Nağılbaz: Demokratiyadır... İnsanlar ictimai-siyasi məzmunlu məsələləri tez-tez gündəmə müxtəlif formalarla gətirə bilirlər...

Günel Mövlud: Bizim xalq hələ uşaqlıq etapındadır. Ona görə də, xalqın ictimai-siyasi məsələlərə marağını artırmaq üçün belə siyasi meyxanalara ehtiyacı var.

Anar Nağılbaz: Meyxana bizim milli-mənəvi qidamızdır. Ona görə də, bizə daha çox yaxındır. Meyxana və repdən istifadə etməklə insanları daha da çox maraqlandırmaq olar.

Seçki mütəxəssisi Taleh Şahsuvarlı: Facebook-un seçki ərəfəsində ciddi gücü var.

Anar Nağılbaz: İndi repçilər daha çox aktual problemləri, məsələləri gündəmə gətirirlər. Mən hər zaman xalqın içində olmuşam. Siyasətdən uzaq, amma xalqın içində olmuşam, hər zaman xalqın sözünü demişəm...
XS
SM
MD
LG