Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:12

Elşad Abdullayev ən təsirli videoları seçkiyə saxlayıb?


Mətbuat icmalı
Mətbuat icmalı
-

«Ən təsirli və güclü videolar prezident seçkiləri ərəfəsində yayılacaq».

Bunu «Yeni Müsavat»a müsahibəsində Fransada mühacirətdə olan Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin sözçüsü Elnur Məcidli deyib.

«Məsələn Ramiz Mehdiyevin oğlunun və qızının videolarını yayacağıq. Mehdiyevə yaxın olan nazir və komitə sədrləri ilə bağlı videolarımız da var. Onlar seçki ərəfəsində yayılacaq. Çünki Müstəqil İstintaq Komissiyasının fəaliyyəti bizim üçün qənaətbəxş deyil».

Elə bu səbəbdən də qəzet Elşad Abdullayev prezident seçkisinə hazırlaşdığını və sabiq rektorun video işini siyasi sonluğa apardığını yazır.

BROYLER TOYUQLARIN TƏRKİBİ

«Azadlıq» qəzeti «Yediyimiz toyuğun təhlükəli tərkibi»ndən söz açır. Qəzetə görə, broylerlərin menyusunda «kofein, antibiotik, antidepressant, stress dərmanları» var. Qəzetə görə, təbii yolla 12-14 həftəyə böyüməli olan toyuqlar dərmanların hesabına 4 həftədə 1 kiloqramdan çox olur.

«Süni yolla böyüdülən toyuqlar keyfiyyətlərini tez itirdiklərindən sahənin işbazları bunun da çarəsini tapıblar. Belə ki, yemlərə yüksək dozada dioksin qatırlar. Həmin maddəni qəbul edən heyvanların əti kəsildikdən uzun müddət sonra xarab olmadan qalır».

SEÇKİYƏ MÜXTƏLİF FORMADA GETMƏK...

«Ayrılıqda namizədlərin irəli sürülməsi bizi qələbəyə aparmır». Bunu «Bizim yol»a müsahibəsində AXCP sədri Əli Kərimli deyib. «Acı günləri birlikdə yaşayıb, sonra seçkiyə müxtəlif formalarda getmək sözün həqiqi mənasında birlik deyil».

BÖHRANDA ÇAPALAYAN AVROPA, DƏFƏLƏRLƏ İNKİŞAF EDƏN AZƏRBAYCAN

«Dünya 2013-cü ilə ziddiyyətlər içərisində qədəm qoydu. Avropa getdikcə güclənən və təsirini artıran iqtisadi və maliyyə böhranı içərisində çapalayır». Bu, «Azərbaycan» qəzetinin baş redaktorunun yazdığı yazıdandır. Baş redaktor Avropa ilə müqayisədə Azərbaycanda inkişafın faizlərlə deyil, dəfələrlə olduğunu yazır».

«2003-2011-ci illərdə ölkə iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 17 dəfə, ölkənin strateji valyuta ehtiyatları 25.3 dəfə artıb. ... yoxsulluq 7 dəfə aşağı düşərək 49 faizdən 7,6 faizə çatıb».

MÜXALİFƏTİN SOSİAL ŞƏBƏKƏLƏRDƏ VURUŞU

«Yeni Azərbaycan» qəzeti AXCP ilə Müsavatın sosial şəbəkələrdə vuruşduğunu yazır. Qəzetə görə, seçkilər ərəfəsində ölkə müxalifətin daxilində ziddiyyətlərin daha da dərinləşməsi artıq ənənəvi hal alıb. «İş o səviyyəyə gəlib çatıb ki, Müsavat funksionerləri artıq cəbhəçilərin hücumlarından ciddi şəkildə şikayətlənirlər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG