Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:44

İranda ölən bloqqerin anası rəsmilərə müraciət edir


Həbsxanada ölən iranlı bloqqer Sattar Beheshtinin anası Gohar Eshgi rəsmilərə müraciət edib ki, oğlunun ölümü ilə bağlı istintaq açıq keçirilsin.

Sattar Beheshti yanvarın 8-də AzadlıqRadiosuna deyib ki, ona heç oğlunun meyitini də göstərməyiblər və bu üzdən oğlunun işgəncə ilə öldürülməsindən şübhələnir.

İran parlamenti bloqqerin ölümü ilə bağlı dinləmələr keçirəcək.

35 yaşlı Beheshti Oktyabrın sonunda həbs edilmişdi və ona işgəncə verilməsiylə bağlı şikayət edəndən bir neçə gün sonra öldüyü bildirilmişdi. Bloqqerin ölümü xəbərini ailəsinə noyabrın 6-da çatdırıblar.

BU ölüm faktıyla bağlı İranda bir neçə məmur, o cümlədən bloqqeri həbs edən Tehranın Kiber Cİnayətkarlıq Polisinin rəhbəri də işdən çıxarılıblar.
XS
SM
MD
LG