Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:53

1 milyon suriyalının təcili ərzaq yardımına ehtiyac var


1 milyondan çox suriyalının təcili olaraq ərzaq yardımına ehtiyacı var. BMT Ərzaq Proqramının sözçüsü Elisabeth Burs yanvarın 8-də bildirib ki, onların çoxu silahlı münaqişə zonasında yaşayır və hökumət imkan vermədiyi üçün belələrinə ərzaq yardımları çatdıra bilmirlər. Hazırda BMT ayda ancaq 1.5 milyon suriyalıya ərzaq yardımları edə bilir.

BMT-nin rəqəmlərinə görə, 21 aylıq münaqişə nəticəsində Suriyada 60 min nəfər öldürülüb, ölkədən qaçanların sayı isə 600 mini keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG