Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:49

Çində söz azadlığıyla bağlı aksiya davam edir


Çinin Cənubundakı Guangzhou şəhərində söz azadlığı tələbiylə yürüşlər yanvarın 8-də davam edib. Onlarla adam "Southern Weekly" qəzetinin binası qarşısında etiraz aksiyalarını dünəndən başlamışdılar. Onlar qəzetdə insan haqlarının daha yaxşı müdafiəsi ilə bağlı yazının senzura edilməsinə etiraz edirlər.

Ötən həftə dərc edilən yazıda Çİndə konstitusiya hakimiyyətinin bərqərar olması axülyasından danışılırdı. Ancaq senzorların müdaxiləsindən sonra bu fikirlər Kommunist partiyasını tərifləyən cümlələrlə əvəz edilib.

Yanvarın 7-də İnternetdə milyonlarla izləyicisi olan bir neçə bloqqerin çağırışından sonra etirazçılar qəzetin önünə toplaşıblar. Polis aksiyaya mane olmur.

Qəzetin redaktorları bildiriblər ki, təşviqat məmurları onlardan qəzeti Cümə axşamı adi qaydada dərc etmələrini istəyiblər, ancaq hələ bununla bağlı qərar verilməyib.
XS
SM
MD
LG