Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:59

İranın dini lideri seçkiylə bağlı əvvəldən xəbərdarlıq edir


İranın Ali Ruhani lideri Ayatollah Ali Khamenei iyundakı prezident seçkilərini tənqid etməməkləri ilə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib. Khamenei yanvarın 8-də yaydığı bəyanatda bildirir ki, “seçkiylə əlaqədar narahatlıqlarını dilə gətirənlər belə əmin olmalıdırlar ki, bununla düşmən dəyirmanına su tökmürlər”.

İranda prezident seçkiləri iyun ayında keçirilsə də, hələ də müxalifətdəki islahatçıların seçkidə iştirakı sual altındadır.

Müşahidəçilərin fikrincə, islahatçılar o halda seçkiyə buraxılacaqlar ki, ötən seçkidə namizəd olan və sonra seçkinin saxtalaşdırıldığını bildirən Mirhossein Musavi və Mehdi Karrubini dəstəkləməsinlər.
XS
SM
MD
LG