Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:50

Mingəçevirə 2 milyon manat ayrıldı


-
«Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda Mingəçevirdə nəzərdə tutulmuş tədbirlərin sürətləndirilməsi üçün əlavə olaraq prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Bu barədə Prezident İlham Əliyev yanvarın 8-də sərəncam verib.

Əlavə vəsait Mingəçevirdə 2009-cu ildən başlanılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə ayrılıb.

President.az saytı yazır ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası zamanı Mingəçevirdə infrastruktur layihələri yerinə yetirilib, yeni sənaye müəssisələri açılıb. «Kür» Olimpiya Tədris İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulub, yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG