Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:15

Rəsmilər Hugo Chavezin durmunun sabit olduğunu deyir, müxalifət yeni seçki tələb edir


Venesuela rəsmiləri prezident Hugo Chavezin durumunun sabit olduğunu bildiriblər. Yenicə 3-cü müddətə prezident seçilən Chavez bir ay əvvəl - heç andiçmə mərasiminə də qalmadan xərçəng xəstəliyi üzündən 4-cü əməliyyat üçün Kubaya getmişdi və o vaxtdan ictimaiyyət arasında və ya ekranlarda görünməyib.

Venezuela Parlamentinin spikeri Diosdado Cabello Chavez dəsətək üçün andiçmə mərasimi ilə eyni gündə - Yanvarın 10-da prezidentə dəstək mitinqinə çağırıb. Hələ ki, Chavezin andiçməsinin keçiriləcəyi aydınlaşmayıb.

Müxalifət isə, prezidentin səlahiyyətlərini yerinə yetirə bilməməyini əsas gətirib yeni seçkilər keçirilməsini tələb edir.
XS
SM
MD
LG