Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

Dünyaya 3 ən böyük təhlükə açıqlandı


ABŞ - Sandy qasırğasının nəticələri... 30 oktyabr 2012

ABŞ - Sandy qasırğasının nəticələri... 30 oktyabr 2012

-

Dünya üçün 3 böyük təhlükə var.

Bu, Dünya İqtisadi Forumunun açıqladığı illik “Qlobal risklər” hesabatında vurğulanır:

1. Sağlamlıq problemləri və özündənrazılıq.

Təbabət sahəsindəki böyük inkişaf dünyanı təhlükəli dərəcədə özündənrazı edib. İnsan orqanizminin antibiotiklərə qarşı müqavimətinin artması ölkələrin onsuz da həddən ziyadə yüklənmiş səhiyyə sistemlərini uçuruma apara bilər. Bununla yanaşı dünyanın indiyəcən görünməmiş dərəcədə inteqrasiyası pandemiyaların yayılmasına şərait yaradır.

Hesabatda o da deyilir ki, bu təhlükəli əlaqənin günlərin bir günü fəlakətlə nəticələnməməsi üçün beynəlxalq sistemdə islahatlar aparılmalı, səhiyyə sisteminin maliyyələşdirilməsində yeni modellər sınaqdan çıxarılmalıdır.

2. Iqtisadiyyat və ətraf mühit təzyiq altında.

Təcili həll edilməli sosial-iqtisadi problemlər ekoloji problemlərin həllini ləngidir. Dünyanın dərkində nəsildən-nəsilə ötürülən belə tərəfli yanaşma uzunmüddətli təhlükələrlə mübarizəni çətinləşdirir. Halbuki son illər kəskin hava şəraiti ilə bağlı hadisələrdən, fəlakətlərdən nəticə çıxarmaq lazım idi.

"Müsəlmanların məsumluğu" filminə etiraz olaraq Liviyada ABŞ konsulluğu yandırılır, 11 sentyabr 2012 Benqazi

"Müsəlmanların məsumluğu" filminə etiraz olaraq Liviyada ABŞ konsulluğu yandırılır, 11 sentyabr 2012 Benqazi

İqtisadiyyatda olduğu kimi ətraf mühitdə də uzunmüddətli risklərin önlənməsi üçün strateji sərmayələrin qoyulması vacibdir.

3. Rəqəmsal “yanğınlar”.

Kağız mətbuatın yaranmasından bu yana ta İnternetin kəşfinə qədər yeni texnologiyaların cəmiyyəti necə dəyişəcəyini proqnozlaşdırmaq həmişə çətin olub. İnformasiyanın demokratikləşməsi özü-özlüyündə pozitiv proses olsa da, gözlənilməz nəticələrə də aparıb çıxara bilər. “Müsəlmanların məsumluğu” adlanan anti-İslam məzmunlu filmin Youtube-da yayılmasını buna misal göstərmək olar. Ənənəvi media cəmiyyətdə qarmaqarışıqlıq yaradan informasiyaların yayılmasının qarşısını ala bildiyi halda indi sosial media cəmiyyətdə rəqəmsal “yanğınların” yayılmasına şərait yaradır.

Hesabata görə, sözügedən filmlə bağlı iğtişaşlardan sonra belə təhlükələrin necə önlənə biləcəyi haqda ciddi düşünməyə dəyər.

Günün bütün mövzuları

XS
SM
MD
LG