Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:50

Nigar Yaqublu apellyasiya şikayəti verib


-
Yanvarın 8-də Nigar Yaqublunun cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət olunub.

Bu barədə AzadlıqRadiosuna N.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. Onun fikrincə, N.Yaqublunun cinayət əməli nə ibtidai istintaq dövründə, nə də məhkəmə prosesində sübuta yetirilməyib:

«Lakin onun barəsində həbs-qətimkan tədbiri seçilib. Biz Apellyasiya Məhkəməsinə onun barəsində açılmış cinayət işinə bəraətlə bağlı müraciət etmişik».

N.Yaqublu Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasında şübhəli bilinib və 2012-ci ilin sentyabrında saxlanıb.

Abşeron rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum olunub.

N.Yaqublu Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG