Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:38

İran ABŞ-ın yeni Müdafiə nazirinə ümid bağlayır


İran keçmiş senator Chuck Hagel ABŞ-ın Müdafiə naziri təyin edilməsindən çox ümidlidir. İranın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanparast deyib ki, onlar ümid edirlər ki, Hagelin təyinatı iki ölkə arasındakı münasibətlərdə praktiki dəyişiklik yaradacaq və münasibətlər yaxşılaşacaq.

Yanvarın 7-də Müdafiə naziri postuna namizədliyi irəli sürülən Hagel İsrailin tənqidçisi və Tehranla dialoq tərəfdarı kimi tanınır. Ancaq hələ bu təyinatlar Senatda təsdiqlənməlidir.
XS
SM
MD
LG