Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:11

Qırğızıstan və Özbəkistan sərhədindəki girov böhranını birgə araşdırırlar


Qırğızıstan və Özbəkistanın rəsmiləri bu həftə sərhəddə baş verən girov böhranını birgə araşdıracaqlar. Yanvarın 7-si axşam Sox əyalətində iki ölkənin sərhəd rəsmiləri arasında bu haqda razılıq əldə edilib.

Özbəkistanın Sox sakinləri və Qırğızıstan sərhədçiləri arasında bazar günü qarşıdurma yaranmışdı. Azı 3 özbək vətəndaşı güllə yarası almış, bir qırğız polisi isə ağır şəkildə döyülmüş, 20 qırğız vətəndaşı isə girov götürülmüşdü. Girovlar dünən buraxılsalar da, 7-si ağır yaralı halda xəstəxanaya çatdırılıblar.
XS
SM
MD
LG