Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08
-

MEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşid Banu Natəvanın anadan olmasının 180 illiyi ilə bağlı «Xurşid Banu Natəvan – 180» kataloqu hazırlanıb.

Xəbəri muzeyin saytı yayıb.

Yeni nəşrin muzey əməkdaşları tərəfindən hazırlandığı bildirilir.

Kataloqun elmi redaktoru akademik N. Vəlixanlıdır.

Kataloqun girişində Natəvanın bioqrafiyası, onun xidmətləri əks olunub.

Xəbərdə vurğulanır ki, muzeyin fondlarında «Xan qızı» adlandırılan Xurşid Banu Natəvanın həyatına dair müxtəlif materiallar qorunur.

Həmin materiallar ilk dəfə bu kataloqda əksini tapıb.

Xurşid Banu Natəvanın əl işləri - tikmə və paltarlar Muzeyin inciləri sırasındadır.

Əşyalar onun fəaliyyətinin yeni-yeni səhifələrini göstərməklə bərabər, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan zadəgan nəslinin məişətini təsəvvür etməyə imkan verir.

Kataloqda hər eksponatın fotoşəkli, onun inventar nömrəsi, dövrü, düzəldilmə materialı, ölçüləri göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG