Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:45

Yol polisi sürücülərə müraciət edib


Sabahdan respublikada gözlənilən şaxtalı havalarla bağlı yol polisi sürücülərə müraciət edib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ANS PRESS-ə deyib ki, qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər. Yol polisi ümumiyyətlə şaxtalı-qarlı havalarda təcrübəsi olmayan sürücülərə axşam və səhər saatlarında yola çıxmamağı tövsiyə edir.

Yol Polisi sürücülərə müraciətində qış mövsümündə xüsusi qış təkərlərlərindən istifadə etmələrini də tövsiyə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG