Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:04

Misir Mərdanov: «Müəllimlərin həyat səviyyəsi hər yerdə aşağıdır»


Mətbuat icmalı

Mətbuat icmalı

-

AZƏRBAYCANIN TƏHSİLİNİN SƏVİYYƏSİNDƏN HANSI ÖLKƏNİN RƏSMİLƏRİ RAZI QALIB?

«Şəxsən mənim və rəhbərlik etdiyim nazirliyin TQDK ilə heç bir qərəzli münasibəti yoxdur». Bunu «Yeni Müsavat»a müsahibəsində Təhsil naziri Misir Mərdanov deyib.
Nazir müəllimlərin sosial vəziyyətinə toxunaraq, «Finlandiyanı, bir neçə digər ölkəni çıxmaq şərtilə, müəllimlərin həyat səviyyəsi hər yerdə aşağıdır» deyib.

Misir Mərdanov Azərbaycanda təhsilin səviyyəsinə toxunub.

«İsveçrə kimi inkişaf etmiş ölkənin rəsmiləri Azərbaycan təhsilinin səviyyəsindən razı qaldıqlarının bildiriblər».

CƏRİMƏLƏRİN AKSİYALARA TƏSİRİ OLMAYACAQ?

«Azadlıq» qəzeti yüksək cərimələrin müxalifətin fikrini dəyişməyəcəyini yazır.

Qəzetə müsahibəsində AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib ki, «cərimələrin neçə manatdan ibarət olmasından asılı olmayaraq, biz aksiyalarımızı keçirməkdə davam edəcəyik».

Müsavat başqanının müavini Gülağa Aslanlı da aksiyalardan geri çəkilmək barədə hər hansı qərarlarının olmadığını deyib.

«Sərbəst toplaşma azadlığı haqqında» qanuna, eləcə də «İnzibati Xətalar və Cinayət Məcəllələrinə edilən dəyişikliyə görə, razılaşdırılmamış toplantılar keçirməyə görə 5 min manatdan 8 min manata qədər cərimə nəzərdə tutulur. əvvəllər bu cərimənin məbləği 300 manatadək olub.

«...CƏMİYYƏTƏ NƏYİSƏ UNUTDURMAQ OLMAZ»

«Hakimiyyətin mövqeyi heç vaxt indiki qədər zəif olmayıb». Bunu «Bizim Yol»a «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev deyib. O, Elşad Abdullayevin açıqlamaları və video-roliklərinin öz siyasi təsirini göstərəcəyini deyib. «Əlbəttə. Artıq video-roliklərin hakimiyyəti sarsıtdığı sezilir. Hakimiyyət hansısa tədbirlər görməyə məcbur olacaq, yəni susmaq, yaxud özünü görməməzliyə vurmaqla cəmiyyətə nəyisə unutdurmaq olmaz».

MƏĞLUBİYYƏTƏ MƏHKUMLAR...

«Yeni Azərbaycan» qəzeti yazır ki, «radikal müxalifət bu il keçiriləcək prezident seçkilərində də məğlubiyyətə məhkumdur». Qəzet 2013-cü ildə keçiriləcək prezident seçkilərində müxalifətin məğlubiyyətini qətiləşdirən və sənədləşdirən mühüm səbəblərin olduğunu qeyd edir:

«Heç bir konsepsiyası, planı olmayan, yalnız pafoslu yalanlar danışmağı bacaran radikal düşərgədə, bununla da, bu il keçiriləcək prezident seçkilərində də heç bir uğura ümid etmədiyini özü etiraf edir».

QARABAĞDAKI ERMƏNİLƏR SOVET ƏMANƏTLƏRİNİ ALA BİLİRLƏR

«Exo» qəzeti yazır ki, «Azərbaycan ermənilərə sovet əmanətləri ilə bağlı kompensasiya verə bilər».

«İşğal altında olan erməni əsilli Azərbaycan vətəndaşlarının sovetdən qalma əmanətlərini almaq üçün sənədlərini təqdim etmək hüququ var. Bunun üçün onların Azərbaycan vətəndaşlığının notarial qaydada təsdiqi lazımdır. Onlar bunu Azərbaycan bankları vasitəsi ilə və ya xarici banklara köçürülməklə ala bilərlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG