Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:28

Obama müdafiə naziri vəzifəsinə İsrailin tənqidçisi Hageli irəli sürür


ABŞ prezidenti Barack Obamanın müdafiə naziri vəzifəsinə respublikaçı senator Chuck Hageli irəli sürəcəyi gözlənilir.
Media məlumatlarına görə, Obama Hageli seçib və onun namizədliyini bazar ertəsi elan etməlidir.
İndiki müdafiə naziri Leon Panetta Obama ikinci dəfə prezident seçiləndə bu vəzifədən gedəcəyini elan etmişdi.
Hagelin 66 yaşı var. O, Vyetnam müharibəsi veteranıdır. İsraili tənqid etməsi, İranla dialoqa tərəfdar olması ilə məlumdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG