Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:31
​-

Kim yatmış, kim oyaq?

Tənqidçi Əsəd Cahangirin bu günlərdə “Yazıçı” nəşriyyatında işıq üzü görən yeni kitabı belə adlanır.

Kitaba “Söz”, “Səs”, “Dəmirbaşlar” adlı ədəbi-fəlsəfi esselərindən başqa tənqidçinin müxtəlif illərdə fərqli nəsillərə aid yazarlar haqda qələmə aldığı yazılar daxildir:

“Kitabi-Dədə Sabir” (Sabir Əhmədli haqda),

“Platondan Anara qədər” (Anar haqda),

“Əbədi düşüncələr” (Elçin haqda),

“Yoldan başqa yol yoxdur” (Afaq Məsud haqda),

“Yazmaq da döyüşməkdir” (Eyvaz Zeynalov haqda),

“Şərifin evi” (Şərif Ağayar haqda)

“İnsan olmaq lazımdır” (Cavid Zeynallı haqda) və s.

Kitabda tənqidçinin müstəqillik dövrü Azərbaycan poeziyasından bəhs edən “Devrimdən doğulanlar” adlı ədəbi icmalı (V. Səmədoğlu, R.Rövşən, V.B.Odər, Salam, Ə.Nuri, Q.Ağsəs, S.Əhməd və P.Cəbrayılın yaradıcılığı əsasında), dramaturgiya haqda “Dionisin sağlığına” adlı qurultay məruzəsi (Elçin, Ə.Əmirli, F.Mustafa, E.Hüseynbəyli, A.Məsud, H.Mirələmov, Ə.Ol, A.Həsənoğlu və digərlərinin yaradıcılığı əsasında) və başqa yazıları da yer alıb.

Kitabı Azərbaycan Yazıçılar Birliyinin “Bayatı” mağazası, eləcə də Bakının digər kitab mağazalarından əldə etmək mümkündür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG