Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:57

Q. Paşayeva: «Orqan köçürülməsi dini dəyərlərimizə zidd deyil» (VİDEO)


-


Millət vəkili Qənirə Paşayeva virtual dünyadan vəsiyyətnaməsini açıqlayıb.

«Bu gün vəsiyyət etdim…Orqanlarımı bağışladım…» deyən Qənirə Paşayeva Azadlıq FM-in qonağı olub, ona verilən sualları cavablandırıb:

Qənirə Paşayevanın canlı efirdə dediyi bəzi fikirlər:

- İnkişaf etmiş ölkələrdə orqan köçürməsi normal qəbul edilir. Mən insan olaraq bunu düşünmüşdüm...

- Ailəmlə orqan köçürülməsi haqda danışdıq. Əvvəlcə çətin oldu. Sonra izah etdikdən sonra məni başa düşdülər...

Qənirə Paşayevaya sual ver
- Mən orqan köçürülmə məsələsini ictimailəşdirdim...

-Orqan köçürülməsi dini dəyərlərimizə zidd deyil. Əksinə bu savabdır. Quranın Maidə surəsinə insanlar baxsınlar.

- Hər kəs ölür... Mən düşündüm ki, ölüb torpağın altında çürüməkdənsə orqanlarımı ehtiyacı olan insanlara verim. Əgər öldükdən sonra mənim orqanlarım 3-4 insanlara kömək edə bilərsə, niyə də mən bunu etməyim?

- Türkiyədə bu praktika geniş yayılıb.

- Əgər könüllü orqan bağışlanması sürətlənərsə ölkəmizdə də xeyli insanlara yardım etmiş olardıq.

- Mənim bu addımım reklam xarakteri daşımır...

- Orqan köçürməsi mərkəzləşdirilmiş formada olmalıdır. KİV və ictimaiyyət də buna nəzarət etməlidir.

- Əgər cəmiyyətdə düzgün təbliğat aparılsa çox insanlar orqan köçürülməsinə qoşulacaq.

Canlı efirdə danışan Qənirə Paşayeva deyib ki, qonşu Türkiyədə orqan köçürülməsi edilir və bu İslam dinin dəyərlərinə zidd deyil...

Bəs siz necə düşünürsüz?


Facebookda yaz

Şərhləri göstər

XS
SM
MD
LG