Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

Qəzaya düşmüş AXCP sədrinin müavininin səhhəti yaxşılaşır


Razi Nurullayev

Razi Nurullayev

-

«Yanvarın 5-də həyat yoldaşıyla birgə avtomobil qəzasına düşən AXCP sədrinin müavini Razi Nurullayevin səhhəti yaxşılaşır».

Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. Həmçinin bəzi internet saytlarda Razi Nurullayevlə həyat yoldaşının vəziyyətinin ağır olduğu haqda yazılanların həqiqət olmadığını da qeyd edib:

«Razi Nurullayevin səhhəti yaxşılaşır. Demək olar ki, bütün təhlükələr geridə qalıb. R. Nurullayevin həyat yoldaşı Könül Nurullayevanın də vəziyyəti yaxşılaşır. Onların hər ikisinin bədənində çoxlu sayda sınıqlar var. Onların evə nə vaxt buraxılacağı bilinmir. Hələ ki, həkim nəzarətindədirlər».

AXCP sədrinin müavini Razi Nurullayev yanvarın 5-i yol qəzasına düşüb. Onun idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Qəzada müxtəlif xəsarətlər alan Razi Nurullayevlə həyat yoldaşı 1 saylı şəhər xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG