Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:37

Azərbaycanda iri enerji obyektinin tikintisi başa çatır


Yaxın vaxtlarda Azərbaycanda yeni «Cənub» elektrik stansiyası istismara veriləcək. «Azərenerji» SC-nin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, hazırda tikinti-qurma işləri aparılır. Stansiyanın buraxılışı yaxın vaxtlarda baş tutacaq. Bu enerji obyektini istismara verdikdən sonra ümumilikdə enerji sisteminin potensialı artacaq.

Stansiyanın gücü 780 meqavat təşkil edəcək. O, üç yanacaq növündə (qaz, dizel və mazut) işləyəcək.

Yeni enerji obyektinin istismara verilməsinin Abşeron yarımadası və respublikanın cənub rayonlarının enerji təhlükəsizliyini artırmağa imkan verəcəyi, habelə enerjiötürücü və paylayıcı sistemlərin iş qabiliyyətini yaxşılaşdıracağı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG