Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Azərbaycan ərazisində hava kəskin dəyişiləcək


Bakıda qarlı hava (2011)
Bakıda qarlı hava (2011)
-

Bakıda və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin kəskin dəyişiləcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva AzadlıqRadiosuna deyib.

Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə yanvarın 9-da və 10-da 5-10 dərəcə enəcək.

Yanvarın 9-u axşam saatlarında və 10-da gün ərzində, yanvarın 11-i səhərədək hava fasilələrlə yağıntılı olacaq.

Havanın temperaturu yanvarın 9-da gecə 0-2 dərəcə, gündüz 2-4 dərəcəyə yaxın olacaq. Sulu qar yağmaq ehtimalı var.

Umayra Tağıyeva deyib ki, yanvarın 10-da gecə və gündüz saatlarında eyni temperatur müşahidə olunacaq. Həmin gün 1 dərəcə istidən 2 dərəcəyədək şaxta gözlənilir.

Rayonlarda isə bu proses yanvarın 8-i axşam şimal və qərb rayonlarından başlayacaq və yanvarın 11-i səhərədək davam edəcək.

Hava fasilələrlə yağıntılı olacaq, sulu qar və qar yağacaq. Yağıntıların vəzi rayonlarda intensivləşəcəyi də proqnozlaşdırılır.
XS
SM
MD
LG