Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:10

ABŞ Dövlət Katibi Hillary Clinton işə qayıdır


ABŞ-ın dövlət katibi Hillary Clinton-un bir aylıq müayinə və müalicədən sonra yanvarın 7-də səlahiyyətlərinin icrasını davam etdirəcəyi gözlənilir. Bu barədə Dövlət Departamenti məlumat yayıb.

65 yaşlı Hillary Clinton ilk iş günündə müavinləri ilə görüşəcək. Həftə ərzində Clinton-un ABŞ-ın müdafiə naziri Leon Panetta ilə görüşü də nəzərdə tutulur.

Clinton bu həftə ABŞ-a rəsmi səfəri nəzərdə tutulan Əfqanıstan prezidenti Həmid Kərzai-ni də qəbul edəcək.

Dövlət katibi ötən il, dekabrın əvvəlində hüşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Müalicəsinin sonunda onda qan laxtalanması aşkar edilmişdi. Clinton yanvarın 2-də evə buraxılıb, həkimlər onun səhhətinin normallaşacağını bildirirlər.
XS
SM
MD
LG