Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:33

Zəlzələ bölgəsində yeni tikilmiş obyektlərin açılışı olub


-

Yanvarın 7-də Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfər edib.

APA-nın məlumatına görə, K. Heydərov zəlzələdən zərər çəkən Balakən rayonunda olub. Nazir rayonun Katex kəndində yenidən inşa edilən 300 yerlik Qarahacılı tam orta məktəbinin açılışına qatılıb. Açılış mərasimində çıxış edən nazir bildirib ki, zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən 37 məktəbin yenidən tikintisi həyata keçirilir: «Onlardan bir qismi artıq təhvil verilib. Hazırda tikinti prosesi davam edir».

K. Heydərov həmçinin Katex kəndində bir qrup sakinə yeni inşa edilmiş evlərin açarlarını təqdim edib.

Nazirin bölgəyə səfəri davam edir.

Bu il mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən vəsait ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG