Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:03

Pakistan İrana un ixrac edəcək


Fevralın əvvəlinədək Pakistan İrana 100.000 ton un ixrac edəcək. Bazar günü yayılan xəbərlərə görə, Pakistanın Seatrade Group buğda ixracatçısı unu yanvarın sonu ya fevralın əvvəlində göndərəcək.

Ancaq şirkət qeyd edib ki, bu, ilkin planlaşdırılanın onda biridir. Seatrade Group-un adı çəkilməyən direktoru bildirib ki, «görünür İran hökumətinin» ötən avqustda tərəflərin razılaşdığı 1 milyon ton məhsulu almağa «pulu yoxdur».

Seatrade Group bildirir ki, razılaşmaya görə, İran unun dəyərini dəmir filizi və gübrələrlə ödəyəcək. Şirkət qalan 900.000 tonun taleyinin hələ müzakirə edildiyini və «özəl bazara çıxarıla biləcəyini» vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG