Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:39

Qırğız-özbək sərhədində toqquşmalar


Qırğızıstanın cənubunda qırğız sərhədçilərinə hücum olub. Bunu Özbəkistana aid Soh mahalının sakinlərinin etdiyi bildirilir. Məlumatlara görə, qırğız vətəndaşları girov götürülüb.

İnsident şənbə günü günorta başlayıb. Qırğız sərhədçilər yeni tikilmiş «Çarbak» sərhəd postuna elektrik xətlərinin çəkilməsinə nəzarət edirmişlər. Soh vilayətinin Hoşyar kəndinin sakinləri sərhədçilərə və posta hücum ediblər. Özbək vətəndaşları bilinməyən sayda qırğızı girov götürüb.

Girovlardan bəzilərinin özbək ərazisinə soxulduğu iddia olunur. Bəziləri isə iğtişaş başlayan vaxt anklavdan keçirmişlər.

Rusiyanın «İnterfax» agentliyi xəbər verir ki, girovlardan 13-ü Hoşyar xəstəxanasında saxlanır. Yerli qırğız və özbək rəsmilərinin gərginliyi azaltmaq üçün danışıqlar apardığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG