Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:40

Pravoslavlar Milad keçirir


Arxiv foto
Arxiv foto

Rusiya prezident Vladimir Putin Soçinin Lesnoye Adlerski kəndində Troitsa-Qeorqiyevsk qadın monastırında kilsə ibadətinə qatılıb

-

Dünyanın pravoslav xristianları Milad bayramını qeyd edir.

Rusiya prezident Vladimir Putin Soçinin Lesnoye Adlerski kəndində Troitsa-Qeorqiyevsk qadın monastırında kilsə ibadətinə qatılıb. Baş nazir Dmitry Medvedev isə Moskvada Xilaskar İsa Kilsəsində mərasimdə olub. Burada ibadəti Rusiya Patriarxı Kirill aparıb. O, dindarları «qəlblərində və əməllərində inamı saxlamağa» çağırıb.

Kirill eləcə də Rusiya xalqını «yetimləri ailələrinə qəbul etməyə...onlara sevgi bəxş etməyə» səsləyib.

Dekabrı 28-də Prezident Putin rus kimsəsiz uşaqların ABŞ ailələrinə verilməsini qadağan edən qanun imzalayıb.

Bu arada Rusiyanın Kabardino-Balkariya Şimali Qafqaz Respublikasında isə təhlükəsizlik qüvvələri yaraqlıların Milad ibadəti vaxtı kilsələrə hücumlarını önlədiklərini deyirlər. Üç yaraqlı bazar günü axşam təhlükəsizlik işçilərinə atəş açıb. Cavab atəşi ilə onların üçü də öldürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG