Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:02

Hindistanda millət vəkili təcavüzdə ittiham olunur


Hindistanda etiraz aksiyası

Hindistanda etiraz aksiyası

-
AVTOBUSDA ZORLANAN TƏLƏBƏ

Tibb Universitetinin tələbəsi olan Jyoti Singh Pandey 2012-ci ilin dekabrında Hindistanın paytaxtında dostu ilə səyahət zamanı avtobusda zorlanıb. Altı nəfər tərəfindən zorlanmaya məruz qalan 23 yaşlı qız hadisədən 13 gün sonra xəstəxanada ölüb. Yerli və beynəlxalq medianın diqqətini çəkən olayda 5 nəfər tutulub. Bir nəfər isə 17 yaşı olduğu üçün yeniyetmələr üçün məhkəməyə göndərilib.

Hindistan mediasının məlumatına görə, Jyoti Singh Pandeyin ölümündən sonra Delhidə aksiyalar başlanıb.

Ədalət istəyən, qadınlara qarşı zorakılığa son qoyulması tələbiylə çıxış edən iştirakçılar saxlanılan şəxslərin edamın istəyiblər. Bunun üçün 100 mindən çox imza toplanıb. Zorlanmaya məruz qalandan sonra dünya mediası tərəfindən “Hindistanın qızı” olaraq təqdim edilən Jyoti Singh Pandeyin atası qızının adını yanvarın 6-da “The Sundaypeople” qəzetinə müsahibəsində açıqlayıb. O bildirib ki, qızının adını açıqlamasına səbəb zorlanmaya məruz qalan qadınlara cəsarət verməkdir: “Bundan sonra qadınlar Jyoti Singh Pandeydən güc alsınlar”.

TƏCÜVÜZDƏ İTTİHAM EDİLƏN MİLLƏT VƏKİLİ

Ancaq dekabrda baş verən bu olay Hindistanda sonuncu olmayıb.

2013 girər-girməz yayılan təcavüz xəbərinin qəhrəmanı isə Hindistanda hakimiyyətdə olan Konqres Partiyasının millət vəkili Bikram Singh Brahma olub.

O, təcavüzdə günahlandırılaraq kənd camaatı tərəfindən döyülüb. Assam əyalətində bir evə girərək, iki uşaq anasına təcavüz etməkdə günahlandılan millət vəkili səsə gələn kənd sakinləri tərəfindən əvvəlcə dəyənəklə, sonra isə sillə-yumruqla döyülüb. Sakinlər tərəfindən itələnən, paltarı cırılan millət vəkili ancaq bundan sonra polisə təslim edilib. Hindistan mediasının məlumatına görə, partiyadan uzaqlaşdırılan millət vəkili polis tərəfindən saxlanılıb.

Eks millət vəkilinin işi araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG