Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:11
Kürün Səlyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin qalxdığı müşahidə olunur.

Son bir həftədə çayda suyun səviyyəsi 50 sm-dən çox qalxıb.
Mütəxəssislərin fikrincə buna səbəb Mingəcevir su anbarından suyun həddən artıq buraxılmasıdır.
Əlaqədar qurumlar isə ciddi təhlükə gözlənilmədiyini və vəziyyət nəzarətdə olduğunu deyirlər.

Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı gəmisi hazırda rayonda dərinləşdirmə işləri ilə məşğuldur.
Son 7 kilometrədək davam etdiriləcək.

Mütəxəssislərin fikrincə gələn ilin əvvəlində başa çatacaq proses Kürün daşması problemi birdəfəlik aradan qaldıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG