Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28
Pakistan Hindistanı Kəşmirdəki sərhəd məntəqəsinə hücumda ittiham edib.

Pakistan tərəfinin məlumatına görə, Hindistan əsgərləri atəşkəs rejimini pozaraq məntəqəyə soxulublar.
Nəticədə 1 Pakistan əsgəri həlak olub, biri isə yaralanıb.

Hindistan tərəfi isə ilk atəşin Pakistan tərəfdən açıldığını deyir.

2003-cü ildən Kəşmirdə atəşkəs rejimi elan edilsə də tərəflər vaxtaşırı bir-birini atəşkəsi pozmaqda ittiham edir.

İndiyədək mübahisəli və bölünmüş Kəşmirə görə, tərəflər arasında 2 dəfə müharibə olub.
XS
SM
MD
LG