Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:59
Prezident Bashar Assadın istefasını münaqişənin yeganə həlli yolu hesab edən Suriya müxalifəti onun son təkliflərini rədd edib.
Bu barədə qərb agentlikləri xəbər verir.

Suriya prezidenti Bashar Assad bu gün televiziya ilə xalqa müraciətində milli barşıq üçün konfrans və yeni konstitusiya layihəsi hazırlanmasını təklif edib.

Amma o “oyuncaq müxalifət” in nümayəndələri ilə dialoqa getmək fikrində olmadığını qeyd edib və bildirib ki, onun təşəbbüsü o vaxt baş tuta bilər ki, qərb və region ölkələri “ qatil cinayətkarlar”a maliyyə yardımını dayandırsın.

Hazırda paytaxt Dəməşqin ətrafı da daxil olmaqla Suriyada hökumət qoşunları ilə üsyançılar arasında ağır döyüşlər gedir.

BMT-nin məlumatına görə, 2011-ci ilin martından bu yana ölkədə kedən silahlı toqquşmalarda 60 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG