Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:46
ABŞ-da çıxan “Foreign Affairs” jurnalı Vladimir Putini dünyanın ən nüfuzlu siyasi xadimi adlandırmayıb.

Bununla cümə günü internet saytlarında yayılan belə bir məlumat təkzib olunub.

BBC-nin rus xidmətinin jurnalın redaktor bloquna istinadla verdiyi məlumatına görə, jurnal belə bir illik reytinq siyahısı hazırlamayıb, dərc edilən siyahı isə qəzetin daimi müəlliflərindən olan İan Bremmerin şəxsi fikridir.

Amerikalı ekspert Bremmer “Eurasia Group” konsaltinq şirkətinin banisi və prezidentidir.
O xüsusi ilə yazır ki, bu gün dünya liderlərindən heç biri Putin qədər regional hakimiyyətləri əlində cəmləşdirə bilməyib.
Tremmer qeyd edir ki, Putin nüfuzunu ketdikcə itirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG