Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:45

Saakashvilinin istefası tələbi ilə aksiyalar keçirilib


Foto arxiv
Foto arxiv
Dünən Gürcüstanın paytaxtı Tbilisi və ölkənin digər şəhərlərində prezident Mikhael Saakashvilinin istefası tələbi ilə aksiyalar keçirilib.

İTAR-TASS-ın məlumatına görə aksiyaları bir neçə içtimai təşkilatın üzvləri təşkil edib.
Onlardan biri Mikhail Andguladzenin sözlərinə görə, son iki ayda bu tələblə 800 minə yaxın imza toplayıblar.
Onun sözlərinə görə, dünənki aksiya xəbərdarlıqdır və əgər Saakashvili istefa verməsə mitinqlər müntəzəm və daha geniş xarakter alacaq.

Aksiyaçılar qeyd edir ki, yanvarın 20-də Saakashvilinin 2-ci andiçmə mərasiminin düz 5 ili tamam olur.

Gürcüstan qanunlarına görə, prezident 5 illiyə seçilir.
Növbəti seçki isə oktyabrda keçiriləcək.
XS
SM
MD
LG