Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:17

Hüquq müdafiəçisinin köməkçisi hücuma məruz qaldığını deyir


Hüquq müdafiəçisi Musa Rahimin köməkçisi Saleh Qafarlı yanvarın 5-i günorta saatlarında Bakıda mülkigeyimlilərin hücumuna məruz qaldığını deyir. Bu barədə AzadlıqRadiosuna Saleh Qafarlının özü məlumat verib.

«Musa Rahimi İctimai Palatanın toplantısına gətirib düşürdüm, sonra yaddan çıxan sənədlər var idi, qayıdıb onları Musa Rahimə verməli idim. Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində iki maşınla yolumu kəsdilər, maşından düşən mülkigeyimlilər mənə hücum elədilər. Sonra əraziyə yol polisi çağırıldı. Məni mindirdilər həmin maşına. Maşınımda İmişlidə yol polisinin rüşvət almasını əks etdirən videonun olduğu disk var idi, onu götürdülər. Məni gətirdilər Nəsimi polis idarəsinin 21-ci bölməsinə, indi Nəsimi rayon məhkəməsindəyəm. Maşını isə cərimə meydançasına aparıblar».

Saleh Qafarov heç bir qayda pozuntusuna yol vermədiyini deyir. Saxlanmasını İmişlidə yol polisinin rüşvət alması faktını əks etdirən video ilə əlaqələndirir.

Musa Rahim isə deyir ki, əllərindən alınan diskdə yol polisinin bir nəfərin əlindən mobil telefonu zorla alması görüntüləri var. Dediyinə görə, həmin şəxs öz mobil telefonu ilə polisin sürücüdən necə rüşvət almasını çəkibmiş.

Hələ ki hüquq-mühafizə orqanlarından məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Saleh Qafarlı ilə Musa Rahimi dekabrın 31-də İmişli polisi saxlamışdı. Polis bunu qanunsuz çəkiliş aparmaları ilə əlaqələndirsə də, adı çəkilən şəxslər AzadlıqRadiosuna demişdilər ki, onları polislərin bayram şənliyini dağıtmasını lentə aldıqlarına görə saxlayıblar.

Nəsimi rayon məhkəməsi hüquq müdafiəçisi Musa Rahimin köməkçisi Saleh Qafarlı barəsində 5 sutka inzibati həbs qərarı verib. Bu barədəAzadlıqRadiosuna Musa Rahim məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG