Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:06

Azərbaycanın palçıq vulkanlarının atlası hazırlanır


Azərbaycanın palçıq vulkanlarının atlası hazırlanır. Bu barədə AzərTAc-a Milli Elmlər Akademiyasının Geologiya İnstitutundan məlumat verilib.

Atlasın 2013-cü ilin əvvəlində elektron formatda dərc olunacağı bildirilir.

Yeni atlasda tektonik və geoloji xəritələr, profillər, kosmik fotoşəkillər və digər məlumatlar öz əksini tapacaq.

Bundan başqa Geologiya İnstitutu sönmüş vulkanların 3D modelinin yaradılması üzərində də iş aparır.
XS
SM
MD
LG