Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:45

Nİcolas Maduro:"Chavez başqa vaxtda da and içə bilər"


 Hugo Chavez
Hugo Chavez
“Hugo Chavez yanvarın onunda andiçmə mərasimində iştirak etməsə belə, prezidentliyini davam etdirə bilər”.
Bunu Venesuelanın vitse-prezidenti Nicolas Maduro deyib.

O konstitusiyanın buna imkan verdiyini bildirib.
Maduro prezidentin səlahiyyətlərinin müvəqqəti parlamentin sədrinə keçməli olması ilə bağlı müxalifətin iddiasını rədd edib və qeyd edib ki, Chavez başqa bir tarixdə Ali məhkəmədə and içə bilər.

Maduro Chavezin vəziyyətinin çətin olduğunu desə də əlavə məlumat verməyib.

Müxalifət hakimiyyəti prezidentin səhəti barədə xalqa ətraflə məlumat verməməkdə günahlandırır.

Xeyli vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkən Chavez dekabrın 11-də Kubada 4-cü dəfə əməliyyat olunub və o gündən bu yana ictimaiyyət arasında görsənməyib.
14 ildir ki, ölkəni idarə edən Chavez oktyabrda yenidən prezident seçilib.

Həmişə ABŞ-ın siyasətini tənqid edən Chavez İran, Belarus və Kuba kimi ölkələrlə alyans yaratmağa can atıb.
XS
SM
MD
LG