Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Sürücülük vəsiqəsi alanlar təlimlərdə iştirak etməlidir


-

Azərbaycanda sürücülük vəsiqəsi alan insanlar müəyyən müddətdən bir təlimlərdə iştirak etməlidir. Amma ölkəmizin qanunvericiliyində sürücülər üçün belə bir tələb yoxdur. Bu barədə Trend-ə Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, bunun həyata keçirilməsi üçün ölkədə ilk növbədə avtodromlar yaradılmalıdır. Komitə sədrinin fikrincə, beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlıq yaxşı nəticələr verə bilər.

«Azərbaycanda yol qəzaları nəticəsində hər il təxminən 900-1000 nəfər insan dünyasını dəyişir, 3 min nəfərdən çox insan isə əlil olur. Bu kimi hallar yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsini daha da zəruri edir», Rəcəbli deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol nəqliyyat hadisələrinin qarşısının alınması, bu hadisələrin fəsadlarının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görülür.

Eyni zamanda Rəcəblinin sözlərinə görə, bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri təhlükəsiz sürücülükdür ki, bu məsələyə həsr olunmuş maarifləndirmə kampaniyalarının və peşəkarlığın artırılması işlərinin həcmi hələ də aşağı səviyyədədir.

«Bu səbəbdən həmin sahədə dünya təcrübəsinin öyrənilməsi və bu məqsədlə beynəlxalq ekspertlərin imkanları ilə tanış olmaq göstərilən sektorda boşluğun aradan qaldırılmasına xidmət edən amillərdən biridir», o deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG