Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

Əfqanıstan 80 Taliban yaraqlısını həbsdən azad edib



Əfqanıstan hakimiyyəti Taliban və başqa qruplara mənsub olan 80 məhbusu azad etdiyini bildirir.

Əfqanıstanın Müdafiə Nazirliyinin rəsmisi AzadlıqRadiosuna bildirib ki, məhbuslar yanvarın 4-də paytaxt Kabulun şimalındakı Bagram hərbi həbsxanasından və başqa həbsxanalardan azad ediliblər.

Hökumət bu addımın ölkədə sülh və anlaşmaya yardım edəcəyini düşünür.
Müdafiə Nazirliyinin rəsmisi qarşıdakı həftələrdə 1200 məhbusun azadlığa buraxılacağını bildirir.

Təkcə Bagram həbsxanasında hələ daha 3 000 terror şübhəlisi olan Taliban yaraqlısının qaldığı bildirilir. ABŞ bu həbsxanaya nəzarəti keçən sentyabr ayında Əfqanıstan hakimiyyətinə təhvil verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG