Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:23

Azərbaycan “Atletiko” ilə yeni razılaşmaya yaxındır


Atletiko-nun oyunçusu Arda Turan (solda) Selta-nın müdafiəçisi ilə mübarizədə. 21 dekabr 2012
Atletiko-nun oyunçusu Arda Turan (solda) Selta-nın müdafiəçisi ilə mübarizədə. 21 dekabr 2012

Tezliklə “Atletiko” Madrid-in oyunçularının köynəyində Azərbaycanın adı yazıla bilər. Bununla bağlı 15.5 milyon dollarlıq sponsorluq razılaşması müzakirə edilir. "Marca" adlı ispan qəzetinə istinadla AzadlıqRadiosunun əməkdaşı Colin o`Connor yazır ki, "Atletiko" Madrid-lə Azərbaycan arasında sponsorluq razılaşması artıq imzalanmaq ərəfəsindədir:

“Bu idman qəzetinin yazdığına görə razılaşmanın şərtləri təkcə bu neft zəngini Qafqaz ölkəsinin adı köynəklərdə yazılmamalıdır. Sponsorluq şərtlərinə görə ölkənin adının futbolçuların köynəklərinə yazılmasından savayı Atletiko Azərbaycan komandası ilə yoldaşlıq oyunu keçirməli, milli komandanın imicinin gücləndirilməsi üçün müxtəlif tədbirlər görülməlidir.

Əvəzində isə Azərbaycanın “Atletiko”-nun büdcəsinə təxminən 15.5 milyon dollar köçürməlidir.

Amma komandanın büdcəsinə xeyirli olmasına baxmayaraq, bu razılaşmanın “Atletiko” azarkeşlərinin ürəyincə olacağını demək hələ tezdir. Siyasi müxalifətin əzildiyi, korrupsiyanın geniş yayıldığı bir ölkənin adını oyunçuların sinəsində görmək “Atletiko” fanatlarının əksəriyyətinə nə qədər xoş gələcək bilinmir”.

Müəllif yazır ki, azarkeşlərin bir çoxunun xoşuna gəlməsə də oyunçuların köynəklərində reklam yeni bir şey deyil. Təkcə son bir ildə Britaniya Premyer Liqası belə reklamdan 236 milyon dollar, beynəlxalq futbol federasiyası isə 2 milyard dollar qazanıb.

"Atletiko"-nun oyunçularının köynəyində Azərbaycanın adının yazılması ilə bağlı ilkin razılaşa keçən ilin sonundan əldə edilib. Və artıq komanda bu köynəklərlə yaşıl meydana çıxıb.

Futbol üzrə İspaniya çempionatında dekabrın 1-də baş tutan Madrid derbsində «Real» (Madrid)-lə görüşdə «Atletiko» (Madrid) oyunçuları meydana üzərində «Land of Fire – Azerbaijan» («Odlar yurdu Azərbaycan») yazısı olan formalarda çıxıblar.
XS
SM
MD
LG