Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23

Təyyarəyə minmədən dünyanı 4 ilə gəzdi (Rekord)


Graham Hughes Papua Yeni Qvineyada, 2012

Graham Hughes Papua Yeni Qvineyada, 2012

-

31 yaşlı Graham Hughes pullu adam deyil, 200-dən çox ölkəni təyyarəyə minmədən, avtobuslara, təsadüfi maşınlara minə-minə, tanımadığı adamların evində gecələyə-gecələyə gəzib.

BMT üzvü olan bütün ölkələri gəzib-dolaşıb, üstəlik də daha 8 yeri.

Sonuncu dəfə ötən ilin noyabrında - yeni yaradılmış Cənubi Sudan ölkəsində olub.

Hughes Britaniyanın Liverpul şəhərindən Azadlıq Radiosuna müsahibə verib. Müxbirimiz ondan soruşub ki, belə təhlükəli səyahət etməyə dəyərdimi?

G.Hughes:

- Bu səyahət müddətinin 99 faizi mənim üçün xoş keçib. Yeni insanlarla tanış olmuşam. Yeni heyvanlar görmüşəm: Madaqaskarda lemur, Pulauda meduza, Borneoda oranqutan... Floridada son “Shuttle”lardan birinin kosmosa uçmasını müşahidə etmişəm. Gizada Böyük Piramidaya dırmaşmışam.

- Bəs səyahət müddətinin qalan 1 faizi, niyə xoş keçməyib?

- Mənim üzləşdiyim yeganə ciddi problem Afrika polisi ilə bağlı oldu. Əslində, Afrikada yerli sakinlər mənə qarşı çox nəzakətli idilər, mənimlə yeməklərini bölüşür, evlərində saxlayır, hansı avtobusa minməli olduğumu başa salırdılar. Hətta İran kimi mühafizəkar olduğu deyilən, hökuməti çox avtoritar olan ölkədə də insanlar hədsiz qonaqpərvər və nəzakətli idilər. Səyahətim 4 il çəkdi. Bu müddət ərzində nə hücuma məruz qaldım, nə davaya düşdüm, nə oğrular nəyimisə oğurladı, nə də xəstələndim.

Graham Hughes Solomon adalarında, 2012

Graham Hughes Solomon adalarında, 2012

Amma Azadlıq Radiosunun müxbiri Hughes-dan onu da soruşub ki, necə olub ki, səyahət zamanı bir neçə dəfə həbsə düşüb. O cümlədən Konqoda və başqa yerlərdə.

G.Hughes:

- Əslində, bir neçə dəfə saxlansam da, cəmi ikicə dəfə həbsə salınmışam. Qalan hallarda polis məni sərbəst buraxıb.

Birinci dəfə tutulanda polis elə bilmişdi ki, mən insan qaçaqmalçısıyam. Halbuki, sadəcə, seneqallı balıqçılardan xahiş etmişdim ki, məni də Cape Verdeye aparsınlar.

Bizim hamımızı həbs edib 6 gün darısqal kamerada saxladılar.

Bu, çox xoşagəlməz hal idi. Amma sonda həbsdən buraxılmağımza nail olduq.

Hughes deyir ki, əvvəlcə səyahətin 12-18 ay çəkəcəyini düşünürmüş. Amma sonra səyahət uzanmağa başlayıb, çünki elə dövlətlər olub ki, ora gedib çıxmaq çətin olub – məsələn, Nauru, Seyşel, Kiribati kimi. Kiribati adalarına ayda bir dəfə təchizat gəmisi gedirmiş.

Hughes-dan əvvəl hindistanlı Kaşi Samaddar dünyanın bütün ölkələrini gəzibmiş, amma o, təyyarədən də istfadə edib. Özü də həmin səyahət 6 il yarım çəkib.

İndi Hughes fəxrlə deyir ki, o, təyyarəyə minmədən səyahətini səmi 4 ilə başa vura bilib və hindistanlının rekordunu nəinki qırıb, darmadağın edib. Ginnesin rekordlar kitabına düşüb.

Bəs Ginnesin rekordlar kitabında qeydlər aparan adamlar onun bütün ölkələrə səfər etməsini necə yoxlayıblar? Hughes deyir ki, onun sərhədlərdən keçməsi pasportundakı möhürlərlə təsdiqlənib.

Bundan başqa üstündə gəzdirdiyi GPS-də qeydlər olub. Bir də
Graham Hughes

Graham Hughes

gəzdiyi ölkələrdə çəkdiyi videoları yoxlayıblar.

Hughes-un səyahətinə “National Geographic Adventure” kanalında xüsusi proqram da həsr edilmişdi və hər həftə onun keçdiyi yerlər barədə məlumat verilirdi. Bu verilişlə Hughes həm də “Water Aid” təşkilatı üçün pul toplamağa kömək edirdi. Həmin təşkilat müxtəlif ölkələrdə insanların təmiz suya əlyetərliliyini təmin edir.

Amma Hughes deyir ki, səyahətə çıxanda xeyriyyəçilikdən daha böyük motivi olub. Onun həyatla bağlı öz qənaətləri var, düşünür ki, ən gözəl təhsil səyahət etməkdir. O istərdi ki, başqaları da çoxlu səyahət etsinlər, çünki “həmin səyahətdən sən daha yaxşı adam kimi qayıtmaya bilərsən, amma dünyagörüşünün daha da genişlənəcəyi, dünya haqda daha dolğun təsəvvürə yiyələnəcəyin dəqiqdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG