Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31

ABŞ hökuməti Google-a qarşı araşdırmanı dayandırdı



ABŞ-da federal ticarət komissiyası internet nəhəngi Google-a qarşı araşdırmanı dayandırıb.
19 ay idi ki, hökumət Google-un internetdə axtarış nəticələrini bazardakı rəqiblərinin əleyhinə manipulyasiya etməsinə dair araşdırma aparırdı. Amma sonda komissiya şirkətin iş prinsipində belə halların olmaması qərarına gəlib.

Amma Google öz rəqiblərinin məzmun materiallarının “süpürüb özününküləşdirdiyi” barədə komissiyanın yekun qərarını qəbul etdiyini bildirib.

Google-a qarşı anti-monopoliya iddiasını Microsoft və başqa rəqibləri irəli sürmüşdülər.
Onlar iddia edirdilər ki, Google axtarış nəticələrində rəqiblərinə aid olan xidmətlər və mallar haqqında məlumatları boğub öz məhsulları və özünə dair məlumatları qabardır.

Hazırda Avropa Birliyinin də Google-a qarşı eyni məzmunda iddialar araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG